Zaqatalada doqquz yaşlı uşağı maşın vurub

Zaqatalada doqquz yaşlı uşağı maşın vurub
# 20 avqust 2023 21:42 (UTC +04:00)

Zaqatalada yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhəri Kür-Araz adlanan yaşayış masivində baş verib.

Zaqatala şəhər sakini Rüstəm Xəlilov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə rayonun Gözbarax kənd sakini, 2014-cü il təvəllüdlü Renad Afər oğlu Əliyevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR