Zaqatalada eyni ev 2 həftə fərqlə yenidən yanıb

Zaqatalada eyni ev 2 həftə fərqlə yenidən yanıb
# 10 avqust 2023 08:17 (UTC +04:00)

Zaqatalada eyni ev 15 gündən sonra yenidən yanıb

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Qımır kənd sakini Şərif Qurbanismayıl oğlu Bayraməliyevə məxsus, ümumi sahəsi 240 kv/m olan, ikimərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün ərziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 30 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafiə edilib. Yanğın zmanı xəsarət alan olmayıb.

Qeyd edək ki, Ş. Bayraməliyevə məxsus evdə ötən ayın 26-da yanğın baş vermişdi.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR