Zaqatalada Göyçay rayon sakininə məxsus minik avtomobili yanıb - FOTO

Zaqatalada Göyçay rayon sakininə məxsus minik avtomobili yanıb - FOTO
# 27 sentyabr 2019 08:54 (UTC +04:00)

Ötən gecə saat 02 radələrində Göyçay rayon sakini, 1976-cı il təvəllüdlü Rəşad Aydın oğlu Həşimov idarəetdiyi “VAZ 2106” markalı, 08 BF 561 dövlət nömrə nişanlı minik avtomobili ilə Balakən rayon istiqamətində hərəkətdə olarkən maşının matorxanasında qəfildən yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin matorxanası tam, salonu isə qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR