Zaqatalada zəhərlənmə faktı qeydə alınıb

Zaqatalada zəhərlənmə faktı qeydə alınıb
# 27 avqust 2019 08:50 (UTC +04:00)

Zaqatalada 41 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, gecə saat 02:00 radələrində Zaqatala şəhəri, N.Nərmanov küçəsində yaşayan 1978-ci il təvəllüdlü Nərman Nadir oğlu Muradov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı N.Muradovun sirkə turşusundan zəhərləndiyi məlum olub. N.Muradovun müalicəsi Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Onun sirkə turşusunu hansı şəraitdə içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR