Koreya şirkəti Şamaxı-Quba avtomobil yolunun texniki iqtisadi əsaslandırma layihəsini Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim edib

Koreya şirkəti Şamaxı-Quba avtomobil yolunun texniki iqtisadi əsaslandırma layihəsini Azərbaycan Nəqliyyat Nazirliyinə təqdim edib
# 04 avqust 2008 09:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Koreyanın «Pyunghwa Engineering Consultants Ltd» şirkəti Şamaxı-Quba avtomobil yolunun texniki iqtisadi əsaslandırma layihəsini hazırlayaraq rəy verilməsi üçün Azərbaycanın Nəqliyyat Nazirliyinə təqdim edib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bu layihənin həyata keçirilməsi nəticəsində Şamaxı ilə Quba arasında 105,4 km-lik yol mövcud yolla müqayisədə məsafəni 150 km-dən çox qısaltmaqla mərkəzi və qərbi regionlar və Gürcüstan vasitəsilə beynəlxalq ticarət axını üzrə vaxt sərfinin və nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Hazırda Quba ilə Şamaxı arasında birbaşa avtomobil yolu olmadığına görə bu məntəqələr arasında sərnişin və yük daşınması mövcud sahilyanı yol ilə Bakıdan keçərək 261 km yolu dolayı gedib dövrə vurmağa məcbur edir.
Qeyd edək ki, Şamaxı ilə Quba arasında dərə və çaylar çoxluq təşkil etdiyinə görə, təxminən, 24 körpünün tikilməsi nəzərdə tutulur. Körpülərin ümumi uzunluğu təqribən 3 675 m olacaq. Tikintinin aparılması çətin olan ərazilərdə uzunluğu 2 km, 1 km, 580 m olan 3 tunelin çəkilməsi də planlaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR