Bakı-Moskva marşrutu ilə bu gün səhərə planlaşdırılan sərnişin aviareysi texniki səbəblərə görə təxirə salınıb

Bakı-Moskva marşrutu ilə bu gün səhərə planlaşdırılan sərnişin aviareysi texniki səbəblərə görə təxirə salınıb
# 18 avqust 2008 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün yerli vaxtla saat 10:40-da Bakı-Moskva marşrutu ilə həyata keçirilməsi planlaşdırılan «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) 852 №-li sərnişin aviareysi saat 17:00-dək təxirə salınıb.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Bakı-Moskva aviareysində ləngimə təyyarədə üzə çıxan texniki səbəblərə görə yaranıb. AZAL-dan həmçinin bildirilib ki, bu günə Bakı-Moskva marşrutu ilə nəzərdə tutulan bütün sərnişin aviareysləri yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL həftənin hər günü Bakı-Moskva marşrutu ilə 5-6 reys yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR