«Cisco» şirkəti MDB-də avtorizasiyalı tədris mərkəzləri ilə iş üzrə menecer təyin edib

«Cisco» şirkəti MDB-də avtorizasiyalı tədris mərkəzləri ilə iş üzrə menecer təyin edib
# 18 avqust 2008 11:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. ABŞ-ın «Cisco» şirkəti fəaliyyət sahəsini genişləndirmək məqsədilə Azərbaycan da daxil olmaqla, Rusiya və MDB-nin digər ölkələrində fəaliyyət göstərən avtorizasiyalı tədris mərkəzləri ilə iş üzrə menecer vəzifəsi təsis edib.
«Cisco»nun Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, indiyə qədər bu işi şirkətin Avropa bölməsi həyata keçirirdi. Yeni vəzifəyə Oksana Barsukova təyin edilib. O.Barsukova «Cisco» Tədris Mərkəzlərinin avtorizasiya proqramlarının bütün bəndlərinə uyğun fəaliyyət göstərməsinə nəzarət edəcək, sözügedən avtorizasiyanı əldə etmək niyyətində olan yeni tərəfdaşlarla iş aparacaq. Bundan əlavə o, Rusiya və MDB-nin digər ölkələrində tədris proqramlarının genişləndirilməsinə, sertifikatlaşdırılmış mütəxəssislərin hazırlanmasına və bu növ fəaliyyətin strateji planlaşdırılmasına cavabdeh olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR