Azərbaycan Ermənistanın mobil rabitə operatorunun İnternet yaydığı yanlış məlumatın düzəldilməsinə nail olub

Azərbaycan Ermənistanın mobil rabitə operatorunun İnternet yaydığı yanlış məlumatın düzəldilməsinə nail olub
# 20 avqust 2008 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın GSM operatoru olan «Azerfon» Məhdud Məsuliyyətli Cəmiyyəti («Nar Mobile» ticarət nişanı) mobil rabitə operatorları haqqında məlumatları əks etdirən www.gsmworld.com İnternet saytında Ermənistan operatorunun yaydığı yanlış məlumatın düzəldilməsinə nail olub.
«Nar Mobile»dən «APA-Economics»ə verilən məlumata görə, həmin saytda Ermənistanın mobil operatorlarından biri «Nar Mobile» ilə rouminq razılaşması əldə etdiyi barədə saxta məlumatlar yayıb. «Azerfon» MMC-nin «GSMworld» təşkilatının ABŞ və Böyük Britaniyada yerləşən ofislərinə rəsmi şikayət məktubu göndərməsindən sonra erməni operatorunun «Azerfon»la rouminq haqqında saxta məlumat saytdan çıxarılıb.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR