«Russkiy Reqistr Kaspiy»in fəaliyyəti dayandırılıb

«Russkiy Reqistr Kaspiy»in fəaliyyəti dayandırılıb
# 01 sentyabr 2008 08:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) qərarı ilə «Russkiy Reqistr Kaspiy» MMC sertifikatlaşdırma orqanının fəaliyyəti dayandırılıb. Bu barədə «APA-Economics»ə SMPDA-dan məlumat verilib.
Agentliyinin məlumatında qeyd olunur ki, «Russkiy Reqistr Kaspiy» MMC-nin sertifikatlaşdırdığı təşkilatlarda «Keyfiyyəti idarəetmə sistemi»nin fəaliyyətinə müşahidələr nəticəsində İSO 9001:2000 standartının tələblərinin kobud surətdə pozulması faktları aşkar edilib. Bu səbəbdən də təşkilatın lisenziyası dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR