«Nar Mobile» abunəçiləri üçün keçirilən «Bonus Mövsümü» kampaniyasının müddəti uzadılıb

«Nar Mobile» abunəçiləri üçün keçirilən «Bonus Mövsümü» kampaniyasının müddəti uzadılıb
# 01 sentyabr 2008 10:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azərfon» şirkəti («Nar Mobile» ticarət nişanı) abunəçiləri üçün keçirdiyi «Bonus Mövsümü» kampaniyasının müddətini 2008-ci ilin oktyabr ayının sonunadək uzadıb.
Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu kampaniyaya əvvəlcədən ödənişli bütün «Nar Mobile» tarif planlarının (Nar Mobile Məkanı, Həvəskar, Xoş Xəbər, Rəngarəng Zövqlər, Məqsədə Doğru) abunəçiləri qoşula bilər. Kampaniyada yalnız 5, 10, 20 və 50 manat nominallı ödəniş kartları iştirak edir. Kampaniyanın şərtlərinə əsasən, abunəçilər sadəcə balanslarını artırmaqla ölkədaxili bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər pulsuz bonus əldə edir. Abunəçilər balanslarını 50 manat artırdıqda 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS, 20 manat artıqdıqda 195 pulsuz dəqiqə, 20 SMS və 20 MMS, 10 manat artıqdıqda 90 pulsuz dəqiqə, 10 SMS və 10 MMS, 5 manat artırdıqda isə 45 pulsuz dəqiqə, 5 SMS və 5 MMS qazanırlar. Toplanmış bonuslar haqqında məlumat almaq üçün *777#20#Yes şifrəsini yığmaq lazımdır.
Qeyd edək ki, «Azerfon» MMC şirkətinə Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətləri göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci il dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də başlayıb. Hazırda «Nar Mobile» şəbəkəsindən 500 mindən çox abunəçi istifadə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR