Azərbaycan Yunanıstanda keçiriləcək beynəlxalq nəqliyyat konfransında iştirak edəcək

Azərbaycan Yunanıstanda keçiriləcək beynəlxalq nəqliyyat konfransında iştirak edəcək
# 02 sentyabr 2008 13:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari il sentyabrın 17-18-də Yunanıstanın Pirey şəhərində «Quru və dəniz nəqliyyatı arasında bağlantı olan dəniz limanlarının rolu» adlı konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.
Konfransın məqsədi nəqliyyat sənayesi, beynəlxalq maliyyə institutları, qeyri-hökumət təşkilatları, özəl sektor və akademik sahədə çalışan mütəxəssislərin iştirakı ilə dəniz ilə qurunu birləşdirən limanların səmərəliliyi ilə bağlı maarifləndirmənin aparılmasıdır.
Tədbir zamanı bir sıra beynəlxalq səviyyəli mütəxəssislər limanların fəaliyyətinin təkmilləşdirilməsi üçün yerli, regional və qlobal səviyyədə strategiyaların əhəmiyyətinə dair təqdimatlarla çıxış edəcək. Müzakirələr nəticəsində hazırlanacaq tövsiyələr «Dəniz limanlarının quruda bağlantıları üzrə UNECE-nin Ekspert Qrupu»nun gələcək fəaliyyətində nəzərə alınacaq.
Tədbirdə Azərbaycanı Nəqliyyat Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin TRACECA və beynəlxalq layihələr sektorunun müdiri Elmar Fərəcov təmsil edəcək. E.Fərəcovun mövzu ilə bağlı çıxışı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR