Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ölkənin şimal-qərb bölgəsinə səfər edib

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ölkənin şimal-qərb bölgəsinə səfər edib
# 08 sentyabr 2008 09:39 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov – APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ölkənin şimal-qərb bölgəsinə işgüzar səfər edib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, R.Abdullayev bölgəyə səfəri çərçivəsində Balakən və Zaqatala rayonlarında olub. O, hər iki rayonda aparılan tikinti-abadlıq və quruculuq işləri ilə maraqlanıb. R.Abdullayev səfər çərçivəsində Balakəndə inşa olunan xəstəxana binasına və inşası başa çatan Zaqatala Diaqnostika Mərkəzinə də baş çəkib. Bundan başqa ARDNŞ başçısı Zaqatalada Tala çayı üzərində inşa olunan asma körpüdə aparılan son tamamlanma işləri ilə tanış olub və lazımi tapşırıqlar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR