Azərbaycanda beynəlxalq multimodal daşımalar üzrə seminar keçirilir

Azərbaycanda beynəlxalq multimodal daşımalar üzrə seminar keçirilir
# 10 sentyabr 2008 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Nəqliyyat Nazirliyində İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) regionunda Multimodal daşımalar üzrə ECO/İslam İnkişaf Bankı/UNCTAD/UNESCAP-ın Birgə Layihəsi çərçivəsində «Azərbaycanda multimodal daşımalar üzrə seminar» işə başlayıb.
«APA-Economics»in məlumatına görə, seminarda Azərbaycandakı nəqliyyat növlərinin vəziyyəti, Trans-Asiya Dəmir Yolu və Asiya Avtomobil Yolları Şəbəkələrinin respublikanın ərazisindən keçən hissəsində yüklərin axınında olan fiziki və qeyri-fiziki maneələrin araşdırılması, yük ekspeditorlarının və multimodal nəqliyyat operatorlarının fəaliyyəti, tranzit nəqliyyatında gömrük işinin təşkili və sair məsələlər müzakirə edilir.
Seminarda UNCTAD-ın Mərkəzi Asiya və dənizə çıxışı olmayan ölkələr üzrə koordinatoru, Beynəlxalq Multimodal Nəqliyyat Assosiasiyasının prezidenti, ECO Katibliyinin əməkdaşları, Azərbaycanın aidiyyəti dövlət orqanlarının nümayəndələri və ölkəmizdə fəaliyyət göstərən özəl nəqliyyat ekspeditor şirkətlərinin təmsilçiləri iştirak edirlər.
Seminar sentyabrın 11-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR