İlin sonunadək Azərbaycanın bütün poçt filiallarında struktur islahatları aparılacaq

İlin sonunadək Azərbaycanın bütün poçt filiallarında struktur islahatları aparılacaq
# 11 sentyabr 2008 10:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi (DM) yaxın vaxtlarda rayon poçt filiallarının strukturunun yenidən qurulmasına başlayacaq.
«Azərpoçt»dan «APA-Economics»ə verilən məlumata görə, hazırda buna hazırlıq işləri görülür. İslahatlar Dünya Bankının həyata keçirdiyi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində yeni xidmətlərin təşkili məqsədilə aparılacaq. Bu islahatlara uyğun olaraq, rayon filiallarında yeni şöbələr, sektorlar yaradılacaq. Dəyişikliklər «Azərpoçt»un 57 poçt filialını əhatə edəcək. Strukturun yenidən qurulması prosesi cari ilin sonunadək başa çatdırılacaq.
Layihə çərçivəsində artıq «Azərpoçt» DM-nin mərkəzi aparatının strukturu dəyişdirilib, müştəri və bazar yönümlü yeni struktura keçid sona çatdırılıb. Oxşar struktura keçid Bakı şəhərində yerləşən poçt filiallarında da həyata keçirilib. Azərbaycanda fəaliyyət göstərən 63 poçt filialından 6-da artıq yeni struktur yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR