«Nar Mobile» abunəçiləri üçün «Bonus Mövsmü» kampaniyasını dekabra kimi uzadılıb

«Nar Mobile» abunəçiləri üçün «Bonus Mövsmü» kampaniyasını dekabra kimi uzadılıb
# 31 oktyabr 2008 16:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü GSM operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «Bonus Mövsmü» kampaniyasını bu ilin dekabr ayınadək uzadıb.
Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyada bütün öncədən ödənişli «Nar Mobile» tarif planlarının («Tələbə», «Nar Mobile Məkanı», «Həvəskar», «Xoş Xəbər», «Rəngarəng Zövqlər», «Məqsədə Doğru») abunəçiləri iştirak edir. Kampaniyada yalnız 5 manat, 10 manat, 20 manat və 50 manat nominallı ödəniş kartları iştirak edir.
«Bonus Mövsümü» kampaniyasının şərtlərinə əsasən, abunəçilər sadəcə balanslarını artırmaqla ölkədaxili bütün istiqamətlərə 525 pulsuz dəqiqə, 50 SMS və 50 MMS-ə qədər pulsuz bonus əldə edirlər. Toplanmış bonuslar haqqında məlumat almaq üçün *777#20#Yes şifrəsini yığmaq kifayətdir.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb.

Balansın bir neçə dəfə artırıldığı halda bütün bonuslar - Pulsuz Dəqiqələr, SMS və MMS-lər cəmlənir:

Balansın artırılması


Pulsuz Dəqiqə

Pulsuz SMS

Pulsuz MMS

50 AZN

525

50

50

20 AZN

195

20

20

10 AZN

90

10

10

5 AZN

45

5

5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR