Yaxın 3 ildə Azərbaycanda 45 körpü tikiləcək

Yaxın 3 ildə Azərbaycanda 45 körpü tikiləcək
# 03 noyabr 2008 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın 3 il ərzində Azərbaycanda 45 avtomobil körpüsünün tikilib istifadəyə verilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Hazırda regionlarda 5 körpünün tikintisi davam etdirilir.
Qeyd edək ki, 2004-2007-ci illərdə Azərbaycanın regionlarında dövlət büdcəsi vəsaiti hesabına 35 körpü tikilərək istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycanın ümumi istifadədə olan avtomobil yollarının 22 134 kilometrinə Nəqliyyat Nazirliyi tərəfindən xidmət göstərilir. Bu yolların 1 684 kilometri beynəlxalq magistrallar, 2 669 kilometri respublika əhəmiyyətli, 13 min kilometri yerli əhəmiyyətli, 1,5 min kilometri Bakı şəhərinin ərazisində, 3,3 min kilometri rayon və digər şəhərlərin ərazilərində olan yollar, prospektlər və küçələrdir. Körpülərin ümumi sayı 1201-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR