Dünya iqtisadi böhranı avtomobil satışını 25 illik minimuma endirib

Dünya iqtisadi böhranı avtomobil satışını 25 illik minimuma endirib
# 04 noyabr 2008 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünyada baş verən iqtisadi böhran, istehlak tələbatının kəskin azalması, kreditləşmədə yaranmış problemlər bu ilin oktyabr ayında ABŞ-da avtomobil satışının aylıq həcmini 25 illik minimuma endirib. «APA-Economics»in məlumatına görə, hesabat dövründə təkcə «General Motors» şirkətinin satış həcmi 45% azalıb.
Bundan başqa, «Ford Motor» şirkətinin satışı 30,2%, «Toyota Motor» şirkətinin - 29%, «Honda Motor» şirkətinin - 25%, «Nissan Motor» şirkətinin - 33% azalıb.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, avtomobil bazarından müşahidə olunan bu azalma hələ davam edəcək, çünki dünya miqyasında başlanan iqtisadi geriləmə yalnız başlamaqdadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR