«Volkswagen» 100 km-ə 2 litr yanacaq sərf edən avtomobil istehsal edəcək

«Volkswagen» 100 km-ə 2 litr yanacaq sərf edən avtomobil istehsal edəcək
# 10 noyabr 2008 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Volkswagen» konserni yeni kiçik həcmli avtomobil modelinin istehsalına hazırlaşır.
«APA-Economics»in məlumatına görə, yeni model «Volkswagen Up»ın bazası üzərində yığılacaq və ən təəccüblüsü odur ki, yeni «Volkswagen» 100 km məsafəyə cəmi 2 litr yanacaq sərf edəcək.
İlkin olaraq yeni modelə iki silindrli mühərrikin quraşdırılması planlaşdırılırdı. Lakin mühəndislərin fikrincə belə mühərrik avtomobilə dinamika verməyəcək. Nəticədə, yeni modelin üç silindrli, 50 at gücünə malik olan mühərriklə təchiz olunacağı qərara alınıb. Avtomobilin dəqiq nə vaxt satışa buraxılması hələ məlum olmasa da, yeni modelin artıq 2010-cu ildə avtomobil bazarına çıxarılacağı istisna olunmur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR