Gələn il Azərbaycanda Naxçıvanla alternativ telekommunikasiya əlaqəsi yaradılacaq

Gələn il Azərbaycanda Naxçıvanla alternativ telekommunikasiya əlaqəsi yaradılacaq
# 12 noyabr 2008 13:39 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Gələn ildən etibarən Azərbaycanda Naxçıvan Muxtar Respublikası (MR) ilə telekommunikasiya əlaqələri alternativ olaraq Türkiyə vasitəsilə də saxlanacaq. Bu barədə «APA-Economics»ə Naxçıvan MR-nin rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat verib. Nazirin sözlərinə görə, hazırda Azərbaycanda NMR ilə telekommunikasiya əlaqələri İran üzərindən saxlanılır.
R.Məmmədovun sözlərinə görə, Türkiyə üzərindən yaradılacaq alternativ kanal gələn ilin əvvəlində hazır olacaq. Artıq bunun üçün bütün şəbəkənin ana xətti tikilib, tələb olunan avadanlıqların alınması üçün sifarişlər verilib.
Nazir bildirib ki, ötən il Naxçıvan MR ilə Türkiyə arasında yeraltı fiber optik kabel çəkilib. R.Məmmədov bu şəbəkə vasitəsilə Naxçıvanı tranzit regiona çevirməyi planlaşdırdıqlarını da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR