Azərbaycanda İnternetə ikitərəfli qoşulma tətbiq olunacaq

Azərbaycanda İnternetə ikitərəfli qoşulma tətbiq olunacaq
# 13 noyabr 2008 12:51 (UTC +04:00)
Bakı. APA-Economics. Rusiyanın «Helios Net» şirkəti gələn il Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir. Azərbaycan bazarına çıxandan sonra isə şirkət ölkədə İnternetə ikitərəfli qoşulmanı tətbiq etmək fikrindədir. Bu barədə «APA-Economics»ə Rusiya şirkətinin nümayəndəliklərlə iş üzrə qrupun rəhbəri Denis Kinyaşov məlumat verib.
D.Kinyaşov qeyd edib ki, Azərbaycanda yerüstü rabitə şəbəkəsinə bağlı olmayan və peyk rabitəsi ilə həyata keçirilən bu tip İnternetə qoşulma üsulu az yayılıb.
İnternetə ikitərəfli qoşulma yüksək sürəti, telefoniyanı, məlumatların ötürülməsi, video-konfransların keçirilməsini təkcə iri şəhərlərdə deyil, həmçinin uzaq dağlıq ərazilərdə də təşkil etməyə imkan verir. «Rusiyada bu, geniş yayılmış texnologiyadır və hazırda həmçinin səhiyyədə istifadə olunur. Məsələn, regionda cərrahiyyə əməliyyatları keçiriləndə iri şəhərdə olan daha təcrübəli cərrah on-line rejimində əməliyyatda iştirak edə bilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR