Azərbaycanda «Dilmanc» maşın tərcüməsi sisteminin yeni təkmilləşdirilmiş variantı istifadəyə verilib

Azərbaycanda «Dilmanc» maşın tərcüməsi sisteminin yeni təkmilləşdirilmiş variantı istifadəyə verilib
# 19 noyabr 2008 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Dilmanc» maşın tərcüməsi sisteminin təkmilləşdirilmiş yeni variantı istifadəyə verilib.
Layihədən «APA-Economics»ə verilən məlumata görə, bu sistem mətnləri Azərbaycan-ingilis, ingilis-Azərbaycan, türk-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə edir. Sistemin söz bazalarında 250 mindən çox söz və söz birləşməsi mövcuddur. Sistemin yeni təkmilləşdirilmiş versiyasında mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılıb, proqramın söz bazası zənginləşdirilib, proqramın iş sürəti artırılıb, proqramın interfeysini Azərbaycan, ingilis və türk dillərinə dəyişmək imkanı əlavə edilib, proqramla işləməyi asanlaşdırmaq üçün digər yeni imkanlar əlavə olunub.
«Dilmanc» maşın tərcümə sisteminin yeni 2.5 versiyası www.dilmanc.az saytında yerləşdirilib. Saytdan «Dilmanc» tərcümə sisteminin beta-versiyasını kompüterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR