Yanvar-oktyabr aylarında Azərbaycanda rabitə xidmətlərinin həcmi 29% artıb

Yanvar-oktyabr aylarında Azərbaycanda rabitə xidmətlərinin həcmi 29% artıb
# 19 noyabr 2008 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda telekommunikasiya və poçt müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə faktiki qiymətlərlə 743,5 mln. manatlıq və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 29,3% çox rabitə xidməti göstərilib.
Dövlət Statistika komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xidmətlərin 76%-i bilavasitə əhaliyə göstərilib.
Hesabat dövründə əldə olunan gəlirlərin 72,2%-i mobil telefon rabitəsindən yaranıb və 2007-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu xidmətlərin həcmi 33% artıb.
Rabitə xidmətlərinin həcminin artımı ölkənin bütün regionlarında müşahidə olunub. Belə ki, Abşeron iqtisadi rayonunda 18,1%, Quba-Xaçmaz iqtisadi rayonunda 19,5%, Dağlıq Şirvan iqtisadi rayonunda 37,3%, Şəki-Zaqatala iqtisadi rayonunda 21,2%, Aran iqtisadi rayonunda 18,5%, Lənkəran iqtisadi rayonunda 15,2%, Gəncə-Qazax iqtisadi rayonunda isə 15,5% artım olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR