Koreyada «Hyundai» yeni avtomobil modelini nümayiş edib

Koreyada «Hyundai» yeni avtomobil modelini nümayiş edib
# 25 noyabr 2008 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreyanın «Hyundai» avtomobil şirkəti yeni «HED-5 i-Mode» modelinin nümayişini keçirib.
«APA-Economics»in məlumatına görə, yeni krossover altı sərnişin üçün nəzərdə tutulub. Avtomobil 2,0 litr həcmində olan Theta Turbo GDI (Gasoline Direct Injection) turbo-mühərriklə təchiz olunub. Bu mühərrikin üstünlüyü qazın paylanması fazalarının tənzimlənməsi sistemindədir ki (Continuously Variable Valve Timing), mühərrik 286 at gücünə malikdir.
Yeni modelin satışa çıxarılması vaxtı barədə zavodun nümayəndələri hələ susur. Lakin ilkin olaraq bu model Şimal Amerikada satışa çıxarılacaq ki, sonradan həmin model qənaətli mühərriklə təchiz olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR