«Azercell Telecom» şirkəti Bakıda yeni Express-ofis açıb

«Azercell Telecom» şirkəti Bakıda yeni Express-ofis açıb
# 27 noyabr 2008 14:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Bakıda növbəti «Azercell Express» ofisini abonentlərinin istifadəsinə verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, paytaxtın Nəsimi rayonunun 3-cü mikrorayon, Cavadxan küçəsi,3005-ci məhəllə ünvanında yerləşən yeni mərkəzin açılış mərasimində «Azercell»in prezidenti Halim Ateş iştirak edib.
H.Ateş çıxışında qeyd edib ki, «Azercell Express» ofislərinin açılmasında əsas məqsəd «Azercell»in abonentlərinə daha keyfiyyətli və operativ xidmət göstərməkdir: «Həmin ofislərə müraciət edən abonentlərimiz bir nöqtədə bütün işlərini görə bilirlər. Burada abonentlərə «Azercell» səviyyəsində xidmət göstərilir».
H.Ateş həmçinin bildirib ki, Bakıda açılan yeni «Azercell Express» ofisi 1 nöqtədə 3 xidmət konsepsiyası əsasında işləyəcək. Yəni, belə ofisə gələn abonent eyni anda üç xidmətdən yararlana bilər. Burada həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. «Azercell» prezidentinin sözlərinə görə, şirkət bütün Azərbaycan üzrə abonentlərinə yüksək keyfiyyətli xidmət göstərmək niyyətindədir. Ona görə, yaxın zamanlarda tək Bakıda deyil, bölgələrdə də belə ofislərin sayının artırılması nəzərdə tutulub.
Qeyd edək ki, bundan əvvəl Yevlax və Salyan rayonlarında, həmçinin Bakının Şüvəlan qəsəbəsində yeni «Azercell Express» ofisləri abonentlərin istifadəsinə verilib. Hazırda şirkətin ölkə üzrə 15 «Azercell Express» ofisi fəaliyyət göstərir.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən «Azercell» şirkətinin hazırda 3,5 mln. abunəçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR