Abşeron yarımadası gələn ay NGN texnologiyası ilə tam təmin olunacaq

Abşeron yarımadası gələn ay NGN texnologiyası ilə tam təmin olunacaq
# 01 aprel 2009 10:44 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) Sloveniyanın «İskratel» şirkəti ilə birgə Abşeron yarımadasında NGN texnologiyasının tətbiqi üzrə işləri may ayına kimi başa çatdıracaq.

«Iskratel» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, şirkət tərəfindən Abşeron yarımadasında 50-yə yaxın ATS-də NGN texnologiyasının tətbiqi üzrə quraşdırma işləri aparılır. Abşeron yarımadasını əhatə edəcək NGN şəbəkəsinin ana stansiyası ATS-442-nin bazasında yaradılır. NGN texnologiyasının tətbiqi üzrə işlər Xırdalan şəhərində də aparılır.

Qeyd edək ki, Abşeron yarımadasında işlər başa çatdırıldıqdan sonra «Aztelekom» İB-nin ümumi şəbəkəsinin 9%-i NGN texnologiyası ilə əhatə olunacaq.

Xatırladaq ki, «Iskratel» şirkəti hazırda dünya üzrə mobil telefoniya və «Surpass» gələcək nəsil telekommunikasiya şəbəkələrinin tərkib elementlərinin işlənib hazırlanması layihələrini həyata keçirir.

«Iskratel» şirkəti 1989-cu ildə «Iskra Telematika» və «Siemens A.G.» şirkətlərinin imzaladığı müqavilə əsasında yaradılıb. Şirkətin əsas fəaliyyəti gələcəkdə informasiya cəmiyyətinin stasionar və mobil telefoniya, konvergent şəbəkələr, yeni nəsil şəbəkələrə olan ehtiyacın ödənilməsi üçün kompleks həllərin hazırlanmasıdır. Müəssisənin biznes siyasətinə tərəfdaşlarla əməkdaşlıqla yanaşı texniki dəstək xidmətləri, o cümlədən şəbəkələrin planlaşdırılması, satışdan sonrakı təlim də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR