Azərbaycanda «QAZ» avtomobillərinin satış həcmi azalıb

Azərbaycanda «QAZ» avtomobillərinin satış həcmi azalıb
# 01 aprel 2009 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı Azərbaycanın bir sıra avtomobil satışı ilə məşğul olan şirkətlərinə də mənfi təsir göstərib.
Rusiyanın «QAZ» avtomobil zavodunun Azərbaycandakı rəsmi dileri olan «Moon Star Ltd.» şirkətinin meneceri Murad Qənbərzadənin «APA-Economics»ə verdiyi məlumata görə, maliyyə böhranı dövründə şirkətin satış həcmi 10-12% düşüb: «Bununla əlaqədar bizim şirkət alıcılara sərfəli kredit şərtləri təklif edir. Belə ki, kreditin şərtlərinə görə, avtomobilin satış qiymətinin 50%-ni ödəyən şəxsə vəsaitin qalan hissəsini bir il ərzində 0%-lə ödəməsinə imkan yaradılacaq».
Qeyd edək ki, «Moon Star Ltd.» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Gəncə, Sumqayıt və Şəmkirdə satış və servis mərkəzləri mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR