Azərbaycanda mobil rabitə tarifləri yenidən azaldıla bilər

Azərbaycanda mobil rabitə tarifləri yenidən azaldıla bilər
# 02 aprel 2009 12:43 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları yaxın vaxtlarda mövcud tariflərini yenidən endirəcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) «APA-Economics»-ə verilən məlumata görə, bu ilin əvvəlində mobil operatorlar arasında ara-bağlantı tariflərini endirməsi ümumilikdə mobil rabitə tariflərini aşağı salmağa imkan verib. Lakin operatorların büdcə qarşısında bir müəssisə kimi öhdəlikləri olduğundan, şirkətlər hiss olunacaq dərəcədə tarif endirimləri həyata keçirə bilmir və bu prosesi müddətli kampaniyalar çərçivəsində və tədricən həyata keçirir.
Qeyd edək ki, mobil operatorlar arasında danışıq tariflərinin yüksəkliyinə görə mobil rabitə bazarının böyük hissəsinə malik olan «Azercell» şirkətinə məxsusdur. Lakin endirim haqda nazirliyin tövsiyələri «Bakcell» şirkətinə də aiddir.
Bazarda mövcud olan tariflərin analizi onu göstərir ki, bazarda nisbətən yeni fəaliyyət göstərən «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) təqdim etdiyi xidmətlərin tarifləri daha aşağıdır.
Məlumatda daha sonra qeyd olunur ki, RİTN-in apardığı tədqiqatlar nəticəsində müəyyən edilib ki, mobil telefon rabitəsi operatorlarının tarifləri dünya ölkələri ilə müqayisədə dəfələrlə yüksəkdir. Bu da əhalinin bu rabitəndən istifadə imkanlarını azaldır və nəticədə, Azərbaycan mobil telefondan istifadə göstəricilərinə görə dünyanın, həmçinin MDB-nin əksər ölkələrindən geri qalır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR