Yeni «Opel Astra» avtomobilinin rəsmi şəkilləri açıqlanıb - FOTOSESSİYA

Yeni «Opel Astra» avtomobilinin rəsmi şəkilləri açıqlanıb - <font color=red>FOTOSESSİYA</font>
# 10 aprel 2009 06:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Opel» avtomobil şirkəti yeni «Astra» modelinin ilk rəsmi şəkillərini nümayiş etdirib.
«APA-Economics»in məlumatına görə, yeni modelin tez bir vaxtda satışa çıxarılması gözlənilmir. Belə ki, «Opel Astra»nın premyerası yalnız bu ilin sentyabr ayında keçiriləcək. Məhz sentyabr ayında Frankfurtda (Almaniya) keçiriləcək beynəlxalq avtomobil sərgisində ilk dəfə olaraq yeni «Opel Astra»nın xetç-bek versiyası nümayiş olunacaq. Yeni modelin həm kupe, həm də universal versiyalarının istehsal edilməsi planlaşdırılır.
«Opel Astra» 1,4 litr, 1,8 litr və 2,0 litr həcmində olan benzin mühərrikləri ilə təchiz olunacaq. «Astra»nın xetç-bek versiyasının artıq 2009-cu ilin sonunda satışa çıxarılacağı gözlənilir. Kupe və universal versiyalarını isə satışda yalnız 2010-cu ildə görmək mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR