Azərbaycan paytaxtında yerləşən gəmi təmiri müəssisələri ərazidən köçürüləcək

Azərbaycan paytaxtında yerləşən gəmi təmiri müəssisələri ərazidən köçürüləcək
# 14 aprel 2009 09:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı buxtasında yerləşən gəmi təmiri müəssisələri və digər zavodlar ərazidən köçürüləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib.
Q.Qurbanovun sözlərinə görə, dövlət başçısının tapşırığı ilə Bakı buxtasındakı müəssisələrin, həmçinin burada vaxtı ilə batmış və ya istismar müddəti başa çatmış gəmilərin köçürülməsi həyata keçirilir. Bu çərçivədə liman şəhərdən kənara, Ələt qəsəbəsi yaxınlığına köçürüləcək, həmçinin Qaradağ rayonu ərazisində gəmi tikintisi və təmiri zavodu qurulacaq.
Qeyd edək ki, Bakı buxtasında təmizləmə işlərinə 2007-ci ildən, buradakı müəssisələrin köçürülməsi istiqamətində işlərə isə ötən ildən başlanılıb. Müəssisələr buradan köçürüldükdən sonra həmin ərazilərin Milli Parkın tərkibinə qatılması planlaşdırılır. Ümumilikdə, işlərin 2010-cu ildə yekunlaşdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR