Azərbaycana Rusiyadan ucuz «QAZel» avtomobilləri gətiriləcək

Azərbaycana Rusiyadan ucuz «QAZel» avtomobilləri gətiriləcək
# 15 aprel 2009 08:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «QAZ» avtomobil zavodunun Azərbaycandakı rəsmi dileri olan «Moon Star Ltd.» şirkəti ölkəyə ucuz «QAZel» avtomobillərini gətirəcək.
Şirkətin meneceri Murad Qənbərzadənin «APA-Economics»ə verdiyi məlumata görə, hazırda «Moon Star Ltd.» şirkəti Azərbaycana «QAZ»ın bütün modellərini idxal edir: «Bir qədər öncə «QAZ»ın rəhbərliyi «QAZel» avtomobillərinin ucuz versiyasının istehsalı haqqında məlumat yaymışdır ki, bu da maliyyə böhranı ilə əlaqədardır. Rusiya tərəfi bu avtomobillərin istehsalına başlayan kimi, biz həmin avtomaşınları Azərbaycana gətirməyə hazırıq».
Qeyd edək ki, hazırda «QAZel»in qiyməti təxminən 10 min ABŞ dolları təşkil edir, yeni «QAZel»in satış qiyməti isə təxminən 6 min dollar olacaq. Avtomobilin istehsalına 2009-cu il ərzində başlanacağı gözlənilir.
Xatırladaq ki, «QAZ» bir ildən sonra bir sıra modelin istehsalını dayandıracaq. İstehsalın dayandırılması maliyyə böhranı dövründə yaranan vəsait çatışmazlığı ilə bağlıdır.
Qeyd edək ki, «Moon Star Ltd.» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakı, Gəncə, Sumqayıt və Şəmkirdə satış və servis mərkəzləri mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR