«Azerfon» şirkəti səyahət xidmətləri ilə bağlı tender keçirir

«Azerfon» şirkəti səyahət xidmətləri ilə bağlı tender keçirir
# 20 aprel 2009 09:54 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) Bakı və regionlarda səyahət və tədbirlərin keçirilməsi üzrə xidmətlərin cəlb edilməsi üçün tender keçirir.
Şirkətin baş ofisindən APA-Economics»ə verilən məlumata əsasən, tenderdə iştirak etmək istəyənlər bununla bağlı müvafiq formanı «Azərfon»un www.narmobile.az ünvanında yerləşən rəsmi internet səhifəsində doldura bilər.
Tender təklifləri aprelin 30-dək qəbul olunacaq. Təkliflər şirkətin logistika və təminat departamentində qəbul edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR