«Azercell» şirkəti «DataKart» paketlərinin həcmini artırıb

«Azercell» şirkəti «DataKart» paketlərinin həcmini artırıb
# 21 aprel 2009 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti fakturalı xətt abonentlərinə «Data Paketləri» üzrə verilən meqabaytların (MB) həcmini artırıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki tariflər qalmaqla indi «Azercell» fakturalı xətt abonentləri 25 MB həcmində GPRS paketinin əvəzinə 30 MB, 50 MB həcmində GPRS paketi əvəzinə 60 MB və müvafiq olaraq 150 MB həcmində GPRS paketində 300 MB əldə edəcək. Abunəçilər 30 MB həcmində GPRS paketini 5 manat, 60 MB həcmində GPRS paketini 9 manat, 300 MB həcmində GPRS paketini isə 20 manat ödəməklə əldə edə bilər.
Qeyd edək ki, «DataKart» xidmətinin köməyi ilə abonent İnternetə, elektron poçtuna, korporativ şəbəkələrə çıxış əldə edə bilər. Bundan başqa, «DataKart» özündə güclü SMS redaktoru və SMS-ləri oxumaq üçün proqramı cəmləşdirir.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin 3,5 mln. abonenti var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR