ABŞ-ın aparıcı avtomobil istehsalçısı fəaliyyətini 2 aylıq dayandırır
23 aprel 2009 10:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın aparıcı avtomobil istehsalçısı olan «General Motors» şirkəti 2009-cu ilin yayında ölkədə mövcud olan bir sıra avtomobil zavodlarının fəaliyyətini qeyri-rəsmi məlumatlara görə, 9 həftəlik dayandıracaq.
«APA-Economics»in məlumatına görə, bunun əsas səbəbi avtomobillərə olan tələbatın kəskin azalması ilə bağlıdır. Bundan başqa, «General Motors» Miçiqan ştatının Flint şəhərində yeni zavodun tikintisindən də imtina edib.
Qeyd edək ki, 2009-cu ilin əvvəlində «General Motors» şirkəti ABŞ hökuməti tərəfindən şirkətin restrukturizasiyası üçün kredit alıb ki, bura 47 min işçinin ixtisarı və 5 zavodun bağlanması daxildir. Hökumətin borcunun ödənilməsinə isə 2012-ci ildən etibarən başlanacaq və artıq 2017-ci ildə kredit tam həcmdə qaytarılacaq.
Ümumiyyətlə, şirkətin 2008-ci ildə xalis zərəri 29% azalaraq 30,9 mlrd. dollara, gəliri isə 17,3% azalaraq 149 mlrd. dollara enib.
Xatırladaq ki, «General Motors» şirkəti 33 ölkədə yük və mini avtomobillərin istehsalı ilə məşğuldur. Şirkət «Buick», «Cadillac», «Chevrolet», «GMC», «GM Daewoo», «Holden», «Opel», «Pontiac», «Saab», «Saturn» və «Vauxhall» brendləri altında avtomobil satır.

İnfrastruktur
AYNA: Bu il avtobus marşrutları üzrə 60-dan çox müsabiqə keçirilib
11:27
9 sentyabr 2024
Bakı aeroportu Formula 1-lə bağlı səyahətçilərə müraciət edib
09:37
9 sentyabr 2024
Sabunçu Tibb Mərkəzinin yaxınlığında yanğın baş verib, Aeroport şosesində sıxlıq yaranıb - FOTO
19:48
8 sentyabr 2024
Formula 1-lə əlaqədar Bakıda nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək
15:56
8 sentyabr 2024