AZEL və Dövlət Tikinti və Arxitektura Komitəsi arasında UPS-lərin alınmasına dair danışıqlar aparılır

AZEL və Dövlət Tikinti və Arxitektura Komitəsi arasında UPS-lərin alınmasına dair danışıqlar aparılır
# 24 aprel 2009 07:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azərbaycan Elektronikası» (AZEL) şirkəti Dövlət Tikinti və Arxitektura Komitəsinin inzibati binasının fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün UPS-lərin təchizatı ilə bağlı Komitə ilə danışıqlar aparır.
AZEL şirkətində APC üzrə brend meneceri Sadıq Yüzbaşiyevin «APA-Economics»ə verdiyi məlumata əsasən, yaxın bir ay ərzində danışıqların nəticələri müəyyənləşəcək və artıq layihə üzrə təkliflər hazır olacaq. Bundan sonrakı mərhələdə Dövlət Komitəsi ilə şirkət arasında müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, AZEL şirkəti potensial sifarişçilərə tərəfdaşı olan ABŞ-ın APC şirkətinin server qruplarının elektrik enerjisi ilə təchizetmənin və yaxud məlumat bazalarını yeniləmə mərkəzinin müdafiəsi, istehsalat avadanlıqları, avtomatlaşdırılmış nəzarət vasitələri və s. üçün individual hazırlanan həllər toplumu təklif edir. Bu həllər 250 VA-dan 1600 VA-ya qədər gücə malikdir.
Dövlət Tikinti və Arxitektura Komitəsinə bu növ UPS-lər əsasən gündəlik fəaliyyətdə işlətdiyi genişformatlı plotter-printerlərin fasiləsiz istismarını təmin etmək üçün lazımdır.
Xatırladaq ki, Azərbaycanın İT avadanlıqları və elektrik sistemlərinin gərginliyin azalmasından və nasazlıqlardan müdafiə sistemləri bazarının 50%-i «APC by Schneider Electric» şirkətinin payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR