«Azercell Express» ofislərinin şəbəkəsi genişləndirilir

«Azercell Express» ofislərinin şəbəkəsi genişləndirilir
# 28 aprel 2009 09:15 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Azercell Telecom» şirkəti bu həftə ərzində Azərbaycanın regionlarında daha iki yeni «Azercell Express» ofisi açacaq.
Şirkətin mütəxəssislərinin «APA-Economics»ə verdiyi məlumata əsasən, yeni ekspress-ofislər Zaqatala və Beyləqan rayonlarında açılacaq.
Bununla yanaşı, yaxın vaxtlarda ölkənin daha beş bölgəsində yeni ekspress-ofislərin açılması gözlənilir.
Bundan başqa, şirkət regionlarla yanaşı Bakıdakı ekspress-ofislər şəbəkəsini də genişləndirir. Belə ki, qısa müddətdə Bakının Bakıxanov qəsəbəsində daha bir yeni ekspress-ofis açılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR