Azərbaycan yeni «Ford Edge» avtomobillərinin idxalına başlayıb

Azərbaycan yeni «Ford Edge» avtomobillərinin idxalına başlayıb
# 02 dekabr 2009 11:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Ford» avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi «Ford Azərbaycan» şirkəti ölkəyə yeni «Ford Edge» avtomobil modelinin idxalına başlayıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Ford Edge» premium sinfinə aid olan ortaölçülü krossoverdir. «Ford Edge» debütünü 2006-cı ilin yanvar ayında Şimali Amerika Beynəlxalq Avtoşouda «Ford» şirkətinin yeni 2007-ci il modeli kimi edib. Sözügedən avtomobillər ilk dəfə 2006-cı ildə Kanadanın Oakville şəhərində «Ford» şirkətinin yenilənmiş zavodunda istehsal olunub.

Yeni «Edge»nin distansion açarı mövcuddur ki, bu da avtomobilə daxil olmadan mühərriki işə salmağa imkan yaradır. Avtomobilin interyeri isə alüminium, xrom kimi metallar və qiymətli ağac və dəri növləri ilə işlənib.

Avtomobilin xarici görünüşü də yaxşı işlənilib. Belə ki, arxa fənərlər bir az qaldırılıb, arxa böyük qapı isə avtomatik idarə edilən hidravlik qaldırıcılarla təchiz olunub. Əlavə təchizat kimi şüşəli panorama dam «Vista Roof» lyuku ilədir. Damın 39%-ni əhatə edən bu lyuk tam açılanda 4,322 kv. sm-dən artıq olan yeri əhatə edir. «Ford Edge» avtomobili altı silindrli (V6) 3,5 litr (256 at gücü) həcmində mühərrik, 6 pilləli avtomat transmissiya, hidravlik dəri sükan, sükanın 4 istiqamətdə hərəkəti, bort kompüter, elektriklə tənzimlənən dəri oturacaqlar, oturacaqların qızdırılması və soyudulması, oturacaqların yaddaş paketi, ön və arxa qoltuq altılar, faraların avtomatik rejimi, fara yuyucuları, elektriklə tənzimlənən və qızdırılan yan güzgülər, elektriklə tənzimlənən yan şüşələr, R-20 xrom disklər, tam ölçülü ehtiyat təkəri, tam elektrik paket, təhlükəsizlik sistemləri, iqlim-nəzarət, kruiz-kontrol, naviqasiya, DVD, parktronik, ön şüşənin qızdırıcısı, RSC ilə birlikdə «AdvanceTrac» sistemi, audiosistem, CD pleyer, İpod giriş və digər elementlərlə təchiz olunub.

Qeyd edək ki, «Ford Edge»nin «Sport» və «HySeries» versiyaları mövcuddur.

Əlaqə telefonu: (+994 12) 496-01-10.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR