Azərbaycan aviaşirkəti İraqa uçuşlar yerinə yetirəcək

Azərbaycan aviaşirkəti İraqa uçuşlar yerinə yetirəcək
# 04 dekabr 2009 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «SilkWay Airlines» şirkəti İraqa uçuşlar təşkil edəcək. Bu barədə «APA-Economics»ə şirkətdən məlumat verilib.

Şirkətdən bildirilib ki, noyabr ayında Azərbaycan və İraq hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, «SilkWay Airlines» İraqın müxtəlif bölgələrinə uçuşlar və çarter yük daşımasını həyata keçirəcək. İraq tərəfindən isə bu işləri «Iraqi Airways» şirkəti yerinə yetirəcək.

Qeyd edək ki, əsas bazası Heydər Əliyev Beynəlxalq Hava Limanı (Bakı şəhəri) olan «SilkWay Airlines» şirkəti 2001-ci ildə yaradılıb. Azərbaycanın aviasiya şirkətləri arasında ilk dəfə olaraq 2009-cu ilin aprelində İSO 9001:2008 sertifikatını alıb. Şirkətin hazırda 7 ədəd İL-76, 4 ədəd İL-76 TD 90SW təyyarəsi, 3 ədəd AN-12 təyyarəsi var. Şirkət 1 ədəd «Boeing 747-400F» təyyarəsini icarəyə götürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR