”Nar Mobile” yeni kampaniyaya start verib

”Nar Mobile” yeni kampaniyaya start verib
# 07 dekabr 2009 13:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru “Azerfon” şirkəti (“NarMobile” ticarət markası altında fəaliyyət göstərir) “Xoş Bazar Günləri” kampaniyasına start verib.

Şirkətin baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən “Nar Mobile” abunəçiləri dekabr ayının danışıqlarına görə yanvar ayının bazar günlərində pulsuz danışıq dəqiqələri əldə edəcəklər.

Dekabr ayında ölkə daxilində bütün istiqamətlərə edilən zənglərin hər dəqiqəsinin əvəzinə abunəçilər yanvar ayının hər bazar günü səhər saat 08:00-dan gecə saat 23:59-a kimi “Nar Mobile” şəbəkəsi daxilində istifadə üçün bir dəqiqə alacaqlar.

Kampaniyada öncədən ödəniş tarif planından istifadə edən bütün “Nar Mobile” abunəçiləri iştirak edə bilər. “Xoş Bazar Günləri” kampaniyasında iştirak etmək üçün dekabr ayının sonunadək 777 qısa nömrəsinə “Narim” yazaraq SMS göndərmək kifayətdir.

Xoş Bazar Günləri kampaniyası üzrə bonusların miqdarı barədə məlumat almaq üçün *777#20#YES şifrəsini yığmaq lazımdır.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir və 1,5 mln.-dan çox abunəçiyə xidmət göstərir. Bu il “Azerfon”la “Vodafone” şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR