Azərbaycana «Infiniti»nin yeni modelləri gətiriləcək - FOTO

Azərbaycana «Infiniti»nin yeni modelləri gətiriləcək - <font color=red>FOTO</font>
# 11 dekabr 2009 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Yaponiyanın «Infiniti» avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan «Nurgün Motors» şirkəti ölkəyə «Infiniti FX Limited Edition» modellərini gətirmək niyyətindədir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Infiniti FX Limited Limited Edition»un hazırkı modelləri sırasına «Infiniti Premium Luxury G Sedan» və «Coupe», «EX35 Luxury» krossover, «FX 35/50» orta-ölçülü krossover və «QX56» tamölçülü SUV daxildir.

«Bu günlərdə isə «Infiniti» Dubayda (BGG) özünün ən cox satılan «FX» krossoverinin «Limited Edition» performanslı versiyasının təqdimatını keçirib. «Limited Edition FX» modelləri birbaşa sərgi salonlarından və ya fərdi hissələrin dəyişilməsi, aksessuar komplektlərinin avtomobillərə quraşdırılması yolu ilə «FX35» və «FX50» modellərinin ikinci nəsli kimi satışa çıxarılır», - deyə şirkətdən bildirilib.

Yeni modellərdə bir sıra dəyişikliklər olub. Belə ki, ön qoruyucu, yan tərəf qoruyucusu, qapıların alt hissəsinin görünüş dəyişib, arxa aşağı qoruyucu və işıqlandırılmış «Infiniti» loqosu əks olunub.

Hazırda «Infiniti FX Limited Edition» modelinin satışının yalnız ərəb ölkələrində həyata keçirilməsinə baxmayaraq, bu il Azərbaycanın da bu siyahıya əlavə olunması istisna deyil.

Qeyd edək ki, «Infiniti» yaxın gələcəkdə Orta Şərq istehsal sırasına «Limited Edition» modellərinin başqa seçmə modellərini də daxil etmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR