“TeliaSonera” şirkəti dünyada ilk LTE/4G şəbəkəsini istismara buraxıb
15 dekabr 2009 08:46 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “TeliaSonera” şirkəti Stokholmda (İsveç) “Ericsson” şirkətinin avadanlığı əsasında dünyada ilk LTE/4G şəbəkəsini istismara buraxıb.
«APA-Economics»in “Ericsson” şirkətinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bu şəbəkədə məlumat ötürmə sürəti yüksək həlli (HD) videokontentin ötürülməsinə və yüklənməsinə imkan verir. “TeliaSonera”nın abunəçiləri “Samsung” şirkətinin istehsal etdiyi LTE-modemləri istifadə edirlər.
LTE sistemi Long Term Evolution /LTE/ və Evolved Packet Core /EPC/ radio texnologiyası üçün nəzərdə tutulmuş 3GPP standartları əsasında qurulub.
LTE /Long-Term Evolution/ texnologiyası GSM/CDMA/WCDMA/TD-SCDMA mobil şəbəkələrinin növbəti inkişaf mərhələsidir. LTE texnologiyası şəbəkənin yüksək səviyyədə məhsuldarlığını təmin edir və məlumatların maksimal sürətlə ötürülməsinə, trafikin ötürülməsinin ləngiməsinə və spektrin effektiv istifadəsinə imkan verir. Bu texnologiya 160 Mbit/s pik sürətlə məlumatların ötürülməsini təmin edir. LTE şəbəkələri yeni və mövcud olan tezlik diapazonlarında yaradıla bilər.
Xatırladaq ki, “TeliaSonera” şirkəti İsveçrədə 2,6 HHz tezlik diapazonunda LTE xidmətlərinin göstərilməsi üçün lisenziyanı 2008-ci ilin may ayında alıb.

İnfrastruktur
Gəncədə su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
18:05
13 sentyabr 2024
Azərbaycanda sərnişindaşıma 9% artıb
17:39
13 sentyabr 2024
Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq
17:28
13 sentyabr 2024
Əla fürsət: Kirayə ödəmək yerinə öz evinizə sahib olun!
16:30
13 sentyabr 2024