Ali Ağan: “3G xidmətlərinin geniş yayılması Azərbaycanda ÜDM-in artımına səbəb olacaq”

Ali Ağan: “3G xidmətlərinin geniş yayılması Azərbaycanda ÜDM-in artımına səbəb olacaq”
# 16 dekabr 2009 08:03 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Azercell” şirkəti artıq 20-dən çox rayonda 3G xidmətlərinin göstərilməsinə hazırdır.

«APA-Economics»in məlumatına görə, bunu şirkətin baş direktoru Ali Ağan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan kimi inkişaf edən ölkələrdə məhsuldarlıq çox böyük əhəmiyyət daşıyır: “İKT sahəsində hər 10% artım ölkənin ÜDM-nin 0,8-1,2% artımına gətirə bilər. Bu da o deməkdir ki, 3G şəbəkəsi ölkəmizdə nə qədər çox yayılsa, o qədər də çox məhsuldarlıq artacaq”.

A.Ağanın sözlərinə görə, XXI əsrdə ən önəmli silah bilikdir: “Bilik nə qədər sürətlə artarsa və ötürülərsə, ölkə o qədər inkişaf edər. Məhz buna görə də 3G xidmətlərini nə qədər çox operator təqdim etsə, o qədər çox insan əhatə olunacaq. Ölkədə mobil rabitə bazarının cəmi 10-15%-nə malik olan operatorun 3G xidmətlərini göstərməsi bu texnologiyanın yayılmasını istənilən halda lazımi səviyyəyə çatdırmayacaq”.

Qeyd edək ki, “Azercell” şirkəti yaxın zamanda 3G lisenziyasını aldığı gündən etibarən artıq ölkənin bir sıra rayonlarında bu xidmətləri təqdim etməyə hazır olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR