Azərbaycanın nəqliyyat naziri Rusiyanın Həştərxan vilayətinin hökumət başçısı ilə görüşüb

Azərbaycanın nəqliyyat naziri Rusiyanın Həştərxan vilayətinin hökumət başçısı ilə görüşüb
# 17 dekabr 2009 20:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycanın Nəqliyyat Nazirliyində Rusiyanın Həştərxan vilayətinin hökumət başçısı Konstantin Markelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.

Görüş zamanı Rusiya nümayəndə heyətinə Azərbaycanın yol-nəqliyyat strukturunda aparılan islahatlar, görülən işlər barədə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu vurğulayıb.

K. Markelov isə Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu xatırladıb. Görüşdə tərəflər Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması, Azərbaycanla Rusiya arasında hava, dəniz, avtomobil və dəmir yolu əlaqələrinin perspektivləri və s. məsələlər barəsində qarşılıqlı fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR