Rusiya Federal Kadastr Agentliyinin nümayəndə heyəti Azərbaycana gələcək

Rusiya Federal Kadastr Agentliyinin nümayəndə heyəti Azərbaycana gələcək
# 28 dekabr 2009 12:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiya Federal Kadastr Agentliyinin nümayəndə heyəti gələn ilin mart-aprel aylarında Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) məlumat verilib.

Səfər Azərbaycan və Rusiyanın anoloji qurumları arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək və təcrübə mübadiləsi məqsədi daşıyacaq. Rusiyalı mütəxəssislər Azərbaycanda həyata keçirilmiş torpaq islahatı və onun nəticələri, dövlət torpaq kadastrı və torpaq reyestri, geodeziya və kartoqrafiya işlərinin aparılması ilə tanış olacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR