Bu ilin birinci yarısında Azərbaycanda e-imzanın praktiki istifadəsinə başlanacaq

Bu ilin birinci yarısında Azərbaycanda e-imzanın praktiki istifadəsinə başlanacaq
# 06 yanvar 2010 13:42 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu ilin birinci yarısında e-imzanın praktiki istifadəsinə başlanacaq.

«APA-Economics»in məlumatına görə, bu aydan etibarən e-imzaların kartlar vasitəsilə müəssisələrə təqdim edilməsi prosesi başlanacaq.

E-imza layihəsi “Ultra” şirkətinin rəhbərliyi ilə “Microsoft” və “Azerin” şirkətlərinin də daxil olduğu konsorsium tərəfindən tətbiq edilir. E-imzanın tətbiqi e-sənəd dövriyyəsinin inkişafına təkan verəcək.

Layihədə fiziki və hüquqi şəxslər üçün e-İmza kartlarının hazırlanması nəzərdə tutulub. Bu layihənin həyata keçirilməsində Türkiyənin təcrübəsindən geniş istifadə olunub, layihə çərçivəsində bu ölkə ilə protokol imzalanıb. Layihənin işlənməsi və həyata keçirilməsi zamanı “To By Tak” şirkəti ilə təcrübə mübadiləsi aparılıb.

Bununla yanaşı, RİTN həmçinin Rumıniya, ABŞ və postsovet ölkələrinin təcrübəsindən yararlanaraq e-imza layihəsinin “X-Roud” prinsipi əsasında tətbiqinin Azərbaycanda mövcud olan infrastruktura daha uyğun olması müəyyən edilib.

Azərbaycanda mövcud olan və müxtəlif platformalarda yaradılmış məlumat bazalarının və informasiya sistemlərinin bir araya gətirilməsi üçün “X-Roud” prinsipi əsasında yeni bir model hazırlanaraq tətbiq edilib.

Xatırladaq ki, artıq 10 ildir fəaliyyət göstərən «Ultra» şirkəti Azərbaycanda «İntel», «Microsoft», HP, «Cisco» korporasiyalarının rəsmi tərəfdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR