Bakıda TRACECA çərçivəsində Azərbaycan-Qazaxıstan və Azərbaycan-Gürcüstan İşçi Qruplarının görüşü keçiriləcək

Bakıda TRACECA çərçivəsində Azərbaycan-Qazaxıstan və Azərbaycan-Gürcüstan İşçi Qruplarının görüşü keçiriləcək
# 08 yanvar 2010 13:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yanvarın sonunda Bakıda TRACECA Hökumətlərarası Komissiyası çərçivəsində Azərbaycan-Qazaxıstan və Azərbaycan-Gürcüstan nümayəndə heyətlərindən ibarət İşçi Qruplarının görüşü keçiriləcək. Bu barədə «APA-Economics»ə TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev məlumat verib.

A.Mustafayevin sözlərinə görə, adıçəkilən ölkələrin Nəqliyyat nazirliklərinin və müxtəlif nəqliyyat qurumlarının nümayəndələrinin daxil olduğu İşçi Qrupu Qara dəniz və Xəzər dənizi hövzəsində nəqliyyat magistrallarının mövcud vəziyyəti və problemlərini araşdıracaq, sonra hökumətlərə qeyd olunan problemlərin aradan qaldırılması üçün tövsiyələr veriləcək.

İşçi Qrupları TRACECA-nın Milli Katiblərinin rəhbərliyi altında müzakirələr aparacaqlar.

A.Mustafayev onu da vurğulayıb ki, bu ay həmçinin Azərbaycan-Türkmənistan İşçi Qruplarının görüşünün keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR