«Japan Airlines» müflis elan oluna bilər

«Japan Airlines» müflis elan oluna bilər
# 11 yanvar 2010 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Japan Airlines» aviaşirkəti müflisləşmə təhlükəsi ilə üzləşib.

«APA-Economics»in Rusaiya mətbuatına istinadən verdiyi məlumata görə, maliyyə borcu artıq 3,8 mlrd. ABŞ dollarına çataş aviaşirkətin hazırda apardığı restrukturizasiya çərçivəsində işçilərin 13 min nəfərini (30%) ixtisar etmək niyyətindədir. Bununla yanaşı, ABŞ-ın «Delta Air Lines» və «American Airlines» şirkətləri «Japan Airlines»da pay almaq niyyətində olduğunu bildirib. «Delta Air Lines» yaponlara 1 mlrd. dollar təklif etdiyi halda, «American Airlines»ın təklif etdiyi məbləğ 1,4 mlrd. dollara bərabərdir. Lakin buna baxmayaraq, «Japan Airlines» hər iki təklifdən imtina edib.

Eyni zamanda, Yaponiya hökuməti şirkətin müflis elan etməyəcəyini və hökumətin bunun üçün «nə isə firkləşib tapacağını» bildirir.

Qeyd edək ki, kreditorlardan 3,8 mlrd. dollar borc alan «Japan Airlines» şirkəti Yaponiya hökumətinin yardım proqramından yararlanırdı və Tokio məhkəməsi şirkəti müflis elan olunması ilə bağlı hökumətin rəsmi icazəsini alıb.

Xatırladaq ki, «Japan Airlines» Yaponiyanın əsas aviadaşıyıcısıdır və hazırda şirkət 35 ölkəyə uçuşlar yerinə yetirir. Ötən ilin mart ayının 31-də başa çatan maliyyə ili dövründə şirkət 52 mln. sərnişin və 11 mln. ton yük daşıyıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR