İnternetdə “donuz qripi” testi hazırlanıb

İnternetdə “donuz qripi” testi hazırlanıb
# 11 yanvar 2010 11:36 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. “Donuz qripi”nə yoluxub-yoluxmadığınızı şəbəkə vasitəsilə də müəyyən etmək mümkündür.

APA-Economics”in www.computerworld.ru saytına istinadən məlumatına görə, Emori Universitetinin (ABŞ) alimləri xəstələr üçün sərbəst şəkildə, H1N1 qripi üçün səciyyəvi olan simptomların onlarda olub-olmadığını yoxlamağa imkan verən test hazırlayıblar.

Bu testdən artıq bir neçə veb-saytda, o cümlədən flu.gov saytında, CDC xəstəliklərinin idarə edilməsi və profilaktikası, “Microsoft H1N1 Response” mərkəzlərinin saytlarında bu cür testlərdən keçmək olar.

H1N1 qripi bütün dünyada sürətlə yayılır, lakin bu o demək deyil ki, bütün xəstələr mütləq tibbi yardımın xidmətlərindən istifadə etməlidirlər. Onların əksəriyyətində xəstəlik yetərli qədər asan formada keçir. Testdən keçərkən xəstələr bir neçə suala (hərarətiniz yüksəlibmi, təngnəfəs olursunuzmu və s.) cavab verməlidirlər ki, bunun da əsasında onların donuz qripinə yoluxub-yoluxmadığı müəyyən edilir. Test hansı xəstənin təcili olaraq həkimə müraciət etməli olduğunu və ya evdə müalicə olunmasına məsləhət görüldüyünü təyin etməyə kömək edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR