Ümumdünya Radiorabitə Konfransına hazırlıq görüşü keçiriləcək

Ümumdünya Radiorabitə Konfransına hazırlıq görüşü keçiriləcək
# 14 yanvar 2010 09:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu il Parisdə (Fransa) 2012-ci ildə keçiriləcək Radiorabitə Assambleyasına və Ümumdünya Radiorabitə Konfransına hazırlıq (ÜRK - 12/AP - Ik) məqsədilə koordinasiya görüşü keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsindən (DRİ) “APA-Economics”ə verilən məlumata görə, ÜRK - 12/AP – Ik-yə hazırlıq görüşü bu il yanvarın 18-20-də keçiriləcək.

Görüşdə Regional Rabitə Birliyi ilə CEPT-in (Conference of European Posts and Telegraphs) ÜRK-12 gündəmində olan məsələlərə dair hər iki qurumun rəy və təklifləri müqayisə olunacaq.

Xatırladaq ki, Azərbaycan hər iki qurumun üzvüdür və bu kimi məsələlərdə fəal iştirak edərək, öz rəy və təkliflərini bildirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR