İnternetdə istehza ifadə edən yeni durğu işarəsi patentləşdirilib

İnternetdə istehza ifadə edən yeni durğu işarəsi patentləşdirilib
# 14 yanvar 2010 10:20 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. ABŞ-ın “Sarcasm Inc” şirkəti şəbəkədə və ya çapda istehzanı ifadə edəcək yeni “SarcMark” durğu işarəsini patentləşdirib.

APA-Economics”in məlumatına görə, ortasında nöqtə olan açıq dairə formasında yeni işarə 1,99 dollar məbləğində vəsait ödənilərkən istifadəçinin kompüter və ya mobil telefonuna yüklənilə bilər. Gələcəkdə onu elektron korrespondensiyada istifadə etmək olar.

“Mignews” yazır ki, “Sarcasm Inc” şirkəti bu yeniliyi istifadəçiyə bir neçə sətir lazımsız mətnə qənaət etməklə hər hansı bir nonsensə dair münasibət bildirmək imkanı verən “gözəl ideya” adlandırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR