Azərbaycanda “Kibercinayətkarlıq haqqında” konvensiyanın tələblərinə cavab verən istifadəçilərin məlumat bazası yaradılacaq

Azərbaycanda “Kibercinayətkarlıq haqqında” konvensiyanın tələblərinə cavab verən istifadəçilərin məlumat bazası yaradılacaq
# 15 yanvar 2010 09:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanda bu ilin sonuna kimi “Kibercinayətkarlıq haqqında” konvensiyanın tələblərinə cavab verən istifadəçilərin məlumat bazası yaradılacaq.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “APA-Economics”ə bildirib ki, məlumat bazasını “Smart Systems Technology” şirkəti yaradır.

Məlumat bazası Azərbaycanda 2008-ci ilin sentyabr ayında ratifikasiya edilən “Kibercinayətkarlıq haqqında” konvensiyanın şərtlərinə əsasən yaradılır. Azərbaycanın konvensiyaya qoşulması milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılmasında respublika qarşısında öhdəliklər qoyur. Bu gün Azərbaycanın internet provayderlərinin mövcud infrastrukturu monitorinqlər aparmağa və internet istifadəçilər tərəfindən aparılmış əməliyyatlar haqda məlumatı 6 ay müddətində saxlamağa imkan verir.

İnternet provayderlərin informasiya bazası hüquq-mühafizə orqanlarında ya mövcud qanunvericilik əsasında, ya da məhkəmə qərarı ilə mümkün ola bilər. Konvensiyanın şərtlərinə əsasən, hücuma məruz qalan ölkə hücumun haradan həyata keçirildiyini bilmək üçün hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirmək hüququna malikdir.

Qeyd edək ki, hazırda Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu tərəfindən dünya təcrübəsi əsasında Azərbaycanda milli informasiya təhlükəsizliyi sisteminin layihəsi hazırlanaraq baxış üçün hökumətə təqdim edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR